FACEBOOK

TOPCONTROL


TopControl monitorinq sistemi iki әsas komponentdәn ibarәtdir: 
GSM/GPS treker qurğusu vә monitorinq veb-serveri.
Nәqliyyat vasitәsindә peyklәrin kömәyi ilә avtomobilin yerini müәyyәn edәrәk GSM şәbәkәsi üzәrindәn internet kanalı ilә bu mәlumatı real vaxt rejimindә veb-serverә ötürәn GPS/GSM treker qurğusu quraşdırılır. Qurğu eyni zamanda hәrәkәt, dayanacaqlar, marşrutlar, keçilәn küçәlәr, xәritәdә qeyd edilәn әrazi vә yerlәr haqqında mәlumatları da ötürür.

Sistem müştәrinin tәlәblәrinә uyğun şәkildә sazlana, hәtta proqramlaşdırıla bilәr. Şirkәtin әmәkdaşları müştәrini әtraflı şәkildә sistemlә tanış edir, bütün lazımi tәqdimat vә treninqlәri keçirirlәr.
Top Control şirkәti hәr bir müştәriyә fәrdi yanaşır. Şirkәtin әsas mәqsәdi GPS monitorinq sahәsindә lider olmaq vә müştәrilәr üçün yüksәk keyfiyyәtli xidmәt tәmin etmәkdir. Müştәrilәr vә partnyorlarla qarşılıqlı inam çәrçivәsindә uzunmüddәtli әmәkdaşlıq bizim әsas prioritetimizdir.
Partnyorlarımız və müştərilərimiz böyük və kiçik şirkətlər, eləcədə ayrı-ayrı şəxslərdir.GSM operatorları ilə əməkdaşlıq əlaqələrinə malik olan müştərilərimiz optimal GPRS tarif planı seçmək haqqında fikirləşmir, kiçik ödəniş qarşılığında onlara keyfiyyətli xidmət təqdim etməklə, bu işi biz öz üzərimizə götürürrük.
Biz GPS/GLONASS həlləri sahəsində dünya liderlərinin avadanlıqlarından istifadə edirik.Qoşulan ötürücü və aksessuar dəsti ən tələbkar müştərilərin tələblərinə də cavab verir.