FACEBOOK

 

- GPS nəzarəti sistemi nədir?

 

Qlobal Mövqetəyinetmə Sistemi (ing. GPS — Global Positioning System) — dünyanın hər bir yerində, hər bir hava şəraitində, obyektin yerləşdiyi məkanı və hərəkət sürətini müəyyən etməyə imkan yaradır. Sistemin işləmə prinsipi daimi olaraq mövqeyini dəyişən və dəqiq vaxt verən peyklərə əsaslanır. Bu peyklərin siqnalları əsasında GPS qəbuledici öz mövqeyini və sürətini təyin edə bilər.Müxtәlif әlavә ötürücülәr dә vardır. Yanacaq sәviyyәsi, temperatur, tәzyiq, yüklәnmә, meyl bucağı, hәcmin pozulması vә s. ilә bağlı ötürücülәrlә yanaşı sürücülәr üçün açar identifikatorların quraşdırılması imkanı da mövcuddur. Bu, xüsusi avadanlığın – GPS və GPRS qəbulediciləri ilə təchiz edilmiş GPS trekerinin sayəsində əldə edilir. Bu treker peykdən siqnal qəbul edərək obyektin dəqiq yerini müəyyənləşdirir və onun koordinatlarını bizim serverə göndərir. Trekerlәrdәn gәlәn bütün mәlumatlar monitorinq sisteminin veb-serverdә quraşdırılmış verilәnlәr bazasına yazılır.

İstifadәçinin kompüterә әlavә proqram tәminatı yüklәmәsi tәlәb olunmur. İnkişaf etmiş veb-interfeys vasitәsilә monitorinq sisteminә internetә qoşulmuş istәnilәn kompüterdәn qoşulmaq mümkündür. Sistem real vaxt rejimindә bütün obyektlәrin hәrәkәtini xәritә üzәrindә görmәyә, statistikaya nәzәr salmağa, vaxt, keçilәn marşrutlar, sürәt rejimlәri vә başqa müxtәlif mәlumatlardan ibarәt әtraflı hesabatlar hazırlamağa imkan verir.
Bununla bərabər, neqliyyatin tam nəzarəti üçün “monitordan ayrılmamaq” heç də məcburi deyil. İstənilən əlverişli zamanda istənilən dövri surətdə və arzuolunan formada siz nəqliyyatınızın harada və nə etməsi haqqında hesabat ala biləcəksiniz.