FACEBOOK

 

- Hansı sahələrdə GPS nəzarəti sisteminin effektiv istifadəsi mümkündür?

- Onlar kifayət qədər çoxdur və hər birinin də öz spesifik xüsusiyyəti var. Tikinti sektorunun nümayəndələri də özlərinin vahid xüsusi texnikalarının çox səliqəli istifadəsində maraqlıdırlar.

Bu həm də müxtəlif məhsulların distribusiyası ilə məşğul olan şirkətlərdir. GPS nəzarəti sistemləri, həm ölkə daxilində, həm də onun hüdudlarında yük, o cümlədən konteyner daşımaları ilə məşğul olan təşkilatlar üçün də zəruridir.

Banklar bizim təkliflərimizi yalnız öz inkassator maşınlarının təchiz edilməsi üçün deyil, həm avtokreditlərin verilməsində, həm də vaxtsız ödəmələrdə istifadə edə bilərlər. Yeri gəlmişkən, bu, xaricdə artıq müəyyən standart sayılır. Birincisi, belə halda maşını, sadəcə, söndürmək olar. İkincisi isə, onu axtarmaq belə lazım gəlməz.

Sığorta şirkətləri bu sistemi quraşdıraraq sığorta hadisələrinin ətraflı təhqiqatlarına, həmçinin müştəri və sığorta müqaviləsinin optimal şərtlərinin təyin olunmasına dair idarəetmə sürəti və avtomobil yürüşü haqqında çoxlu vacib məlumatlar əldə edirlər.

- Verilən sistemlərin avtoparkın nəzarətindən başqa daha hansı istifadə sahələri mövcuddur?

- Həm korporativ, həm də özəl sektor üçün nəzərdə tutulan mobil GPS trekinqinin ayrıca istiqaməti mövcuddur. Misal üçün, mobil trekerləri ilə xidməti nəqliyyatla yanaşı, ictimai nəqliyyatdan da istifadə edən əməkdaşları olan kuryer şirkətlərini təchiz etmək olar.

Bizdə uşaqların nəzarətinə dair təkliflər də var. Hansını ki, yalnız uşağın yerdəyişməsinin izlənilməsi üçün deyil, həm də (telefon və ya ratsiya (radio stansiyası)) təcili əlaqə vasitəsi kimi istifadə etmək olar. Hələ onu da qeyd edək ki, bütün bu kimi trekerler SOS düyməsi ilə təchiz edilmişdir. Bizim xəritənin vasitəsilə uşağın yerdəyişməsinin (məktəb, bağça və s.) müxtəlif zonalarını təyin etmək imkanı da var. Belə ki, müəyyən edilməmiş vaxtda bu zonaların hüdudlarına çıxdıqda valideynlərə xəbərdarlıq siqnalı ötürüləcəkdir.

Mobil trekinq həm də ev heyvanlarının nəzarəti üçün aktiv tətbiq olunur. Ev heyvanınız üçün GPS trekeri quraşdırılmış xalta əldə etdikdə, siz onun itirilmə riskini azaldırsınız.

Əsas etibar ilə biz istənilən təkliflər üçün açığıq və bizim müştərilər tərəfindən verilən müxtəlif tələblərin reallaşdırılmasını öhdəmizə götürə bilərik.