FACEBOOK

 

TOP CONTROL monitorinq sistemindən istifadənin üstünlükləri:

 

Avtomobil nəqliyyatının keçdiyi yolun azaldılması. Hərəkət marşurutlarının optimallaşdırılması, nəqliyyat axınının başqa istiqamətə yönləndirilməsi hesabına cari vəziyyətdən asılı olaraq gedilən yolun 20% azaldılması ilə baş tut a bilir.

İkincisi, “İnsan faktoru”nun aradan qaldırılması. Bu həm də öz əməkdaşlarının marşrutunu, yəni onların öz iş zonasının hüdudlarında olmalarını və müəyyən obyektlərə baş çəkmələrini dəqiq izləməyə imkan yaradır. Belə halda nəqliyyatın şəxsi məqsədlərə görə istifadəsi və həm də daşınan yükün oğurluğu imkanı istisna olunur. Məsələn, şirkətlərin hər bir ticarət təmsilçisi müəyyən iş zonasına təhkim edilmişdir və əməkdaşlardan hər hansının onun hüdudlarından kənara icazəsiz çıxışı qalan digərləri üçün problem ilə nəticələnəcək. Bizim avadanlığın quraşdırılmasından sonra oxşar vəziyyətin yarandığı halda elə həmin an rəhbərliyə sayılan saniyələrdə məsələni həll etməyə imkan yaradan hesabat daxil olur və işçi öz “iş yerinə” geri qaytarılır. Bundan əlavə, oxşar sistemlərin tətbiq edilməsi bütövlükdə istifadə olunan nəqliyyatın müxtəlif marşrut və koordinasiyalarının planlaşdırılmasının effektivliyini artırır.

Üçüncüsü, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması.GPS nəzarəti sisteminin quraşdırılmasından sonra nəqliyyatın etibar edildiyi sürücülərin daha da diqqətli olmaları barədə bütün müştərilərimizdən bizə müsbət rəylər daxil olur. Məsələn, onlar sürət rejimini daha az pozurlar. Ona görə ki, bu sistem bu və ya digər maşının hansı sürətlə hərəkət etməsini tamamilə dəqiq təyin edir. Nəqliyyatın hansı sahədə istifadəsindən asılı olmayaraq, bütün şirkətlər bu mənfəətlərdən yararlana bilir. Lakin bunun hər sferada tətbiq edilməsinin öz əlavə üstünlüyünü fərqləndirmək olar. Misal üçün, əgər avtomaşınlar refrijeratorlarla təchiz edilmişdirsə, onda GPS nəzarətini istifadə etməklə müəyyən yükün daşınmasında tələb olunan temperatur dərəcəsinə maksimal dəqiqliklə nəzarət etmək mümkün olur.

Yanacaq xərclərinin 30% azaldılması.